Deyirlər ki, gözəlliyin ürəyi xəyanətə meyllidir.
Gözəl bir kişinin ürəyi də tez-tez dəyişməyə - sönən, başqaları ilə əvəzlənən ehtiraslı hisslər və ehtiraslar yaşamağa meyllidir.
Alan Delon haqlı olaraq 20-ci əsrin ən gözəl kişilərindən biri hesab olunur və onun həyatı müxtəlif qadınlarla əlaqəli sevgi və duyğularla dolu idi.
Lent.az evtanaziya vasitəsilə həyatdan getməyi istəyən və buna razılıq alan 86 yaşlı aktyorun həyatındakı əsas qadınları tədqim edir.
1. Dalida
Yetmişinci illərdə “Paroles, Paroles...” mahnısını ifa edən Dalida və Delonun musiqi dueti haqqında hamının xəbəri var. Demək olar ki, heç kim iki ulduzun sevişməsi haqqında danışmırdı və uzun müddət heç bir şəkildə ictimaiyyətə də açıqlanmırdı. Həm də ona görə ki, həm Delon, həm də Dalida o vaxt məşhur deyildilər.
Aktyor 50-ci illərin ikinci yarısında tanış olduqlarını, hələ heç kimin onu tanımadığını və o, 1954-cü il “Misir gözəli” titulu ilə Fransaya yenicə gəldiyini bildirib. Delon və Dalida daha sonra yaşadığı Romada görüşüb və bir müddət birlikdə yaşayıblar, sonra ayrılmaq, lakin ömürlük dostluq münasibətlərini qorumaq üçün razılaşıblar.
2. Romi Şnayder
Avstriyalı gözəl Delonun həyat yoldaşı deyildi, lakin onların beş ildən bir qədər çox davam edən münasibətləri 20-ci əsrin ən gözəl sevgi hekayələri arasında layiqincə yer tutub.
Onlar "Kristina" filminin çəkilişindən əvvəl tanış olmuşdular, o zaman, Romi artıq Avropa kinosunda ulduz statusunda idi və o, sadəcə olaraq arzulanan aktyor idi. Bu buz və atəşin birliyi idi - sərt bədnam Şnayder və arsız özünə güvənən Delon.
O, ürəyini qırır, Natali Barteleminin xatirinə vida məktubu yazıb onun yanlna gedir. Buna baxmayaraq, onlar bütün həyatları boyu dostluq münasibətlərini qoruyub saxlayıblar və hər ikisi bir-birlərini həyatlarının ən böyük sevgisi adlandırırlar.
3. Natali Bartelemi
Natali (əsl adı - Fransin Kanova, Bartelemi - ilk ərinin soyadı) aktyorun evləndiyi yeganə qadındır, baxmayaraq ki, onların evliliyi qısa müddətli olub. Aktyorun yaxın ətrafı Natalini Alenin taleyində həlledici qadın adlandırdı, çünki o, bütləşdirdiyi anasına bənzəyirdi.
Delon Romi Şnayderlə münasibətdə olanda bu hisslər qəfil alovlanmışdı. Natali ilə birlikdə Meksikaya getmişdi və ABŞ-dan çəkilişdən qayıdan Romi Parisdəki mənzillərində stolun üstündə bir buket qara qızılgül və bir qeyd tapmışdı və bu, onun ürəyini parçalamışdı.
Natali Delon oğlu Entoninin anası olub, o da aktyor idi və məşhur atasının nəslinin ən məşhur övladı sayılır.
4. Mirey Dark
Delonun 70-ci illərin fransız kinosunun ən məşhur aktrisalarından biri ilə münasibəti onun Şnayderlə münasibəti və ya Natali Delonla evliliyi qədər müzakirə olunmur. Buna baxmayaraq, Mirey Dark ilə demək olar ki, digər qadınlardan daha çox - 15 il yaşayıb.
Onlar 1968-ci ildə baş rolları oynadıqları "Ceff" filminin çəkiliş meydançasında tanış olublar. Aktyor Darkın yanında olmaq üçün həyat yoldaşından boşanıb.
Delon onun ana ola bilmədiyi üçün çox əziyyət çəkdiyini, həyatının bu dramının onları ayırdığını deyib.
1983-cü ildə ayrılıblar və 2017-ci ildə Mirey Dark vəfat edənə qədər yxın dost kimi qalıblar. Aktrisa onun oğlu Entoniyə öz doğması kimi yanaşıb və o, onu çox sevib və sevgilə Mimi adlandırıb.
5. Ann Pariyo
1981-ci ildə özünün "Polis dərisində" filminin çəkiliş meydançasında 45 yaşlı Alen Delon 20 yaşlı Ann Pariyo ilə tanış olub. Sevgi romanı Delon hələ Mirey Dark ilə birgə yaşayanda başlayıb.
Amma bu sevgi hekayəsindən çox ehtiras idi. Bu münasibət 3 ilə yaxın davam edib.
6. Rozali Van Bremen
Hollandiyalı model Delonu özü tərk edən yeganə qadın kimi tanınır. Onlar 1987-ci ildə Comme au cinéma klipinin çəkiliş meydançasında tanış olublar. Artıq yaşı 50-ni ötmüş aktyor hislərinin qarşılığını verən 21 yaşlı qızla ciddi şəkildə maraqlanıb.
1990-cı ildə onların qızı Anuşka, 1994-cü ildə isə Alen Delonun kiçik oğlu və sonuncu uşağı Alen Fabien dünyaya gəlib. Bu münasibət aktyora ikinci gənclik və həmişə məhrum olduğu və yalnız yetkinlik dövründə əsl ailə hissini bəxş edib.
Alen Delonun qızı Delona Anuşka
Qeyd edək ki, Delon öz vətənində az vergi ödəmək üçün 2001-ci ildə İsveçrə vətəndaşlığı alıb. Belə qaydalara tabe olmayan Rozali uşaqları ilə Niderlanda qayıdıb. Delon isə İsveçrədə sevimli itləri ilə qalıb.
Rozali van Bremen oğlu Alen-Favyeb Delonla
Aktyorun etirafına görə, həyatında övladları kimi sevdiyi 50-yə yaxın it olub. 2018-ci ildə verdiyi müsahibədə Delon yalnız bir itinin – Belçika çoban iti Lubonun qaldığını etiraf edib. Deyib ki, əgər ondan əvvəl ölərsə, baytardan itə də evtanaziya zamanı istifadə edilən iynəni vurmasının xahiş edəcək ki, birlikdə dünyadan getsinlər.
Alen Delonun indi 57 yaşı olan oğlunun anasl Natali Delon (əsl adı Fransin Kanovadır. O da aktyor, rejissor olub və ulduz ərindən heç də az populyar olmayıb.