89 yaşlı kişi 27 ildir   arvadından  boşana bilmir
01 noyabr 2023 19:09 (UTC +04:00)

89 yaşlı kişi 27 ildir arvadından boşana bilmir

Hindistandan olan kişi 27 ildir arvadını məhkəmə yolu ilə boşamağa çalışır.

Lent.az yerli mətbuata istinadən xəbər verir ki, 89 yaşlı hərbi təqaüdçü Nirmal Panesar 1963-cü ildə Kaur adlı qadınla evlənib.

Lakin 1996-cı ildə kişi boşanmaq üçün rayon məhkəməsinə müraciət edib. İddiaçının həyat yoldaşı isə əksinə, ailəni dağıtmaq istəməyib və münasibətləri qorumaq üçün var gücü ilə çalışdığını bildirib.

Bundan sonra məhkəmə həyat yoldaşının tərəfini tutaraq Nirmalın iddiasını rədd edib. O vaxtdan bəri Panesar Hindistanın Ali Məhkəməsi vasitəsilə boşanmağa çalışır, lakin orada hər dəfə rədd edilir.

Məhkəmə son iclasında qərara gəlib ki, cütlüyün evliliyi “xilas olunmaz” olsa da, bu, boşanmaya haqq qazandırmaq üçün kifayət deyil.

“Bizim fikrimizcə, unutmaq olmaz ki, nikah institutu cəmiyyətdə mühüm yer tutur və mühüm rol oynayır”, - məhkəmənin bəyanatında deyilir.

# 3240
avatar

Fidan İlqar

Oxşar yazılar