34 yaşlı nənə  18 yaşlı oğlanla sevgili oldu
16 oktyabr 2024 17:36 (UTC +04:00)

34 yaşlı nənə 18 yaşlı oğlanla sevgili oldu

Böyük Britaniyadan olan 34 yaşlı Reyçel Makintayr qızının həmyaşıdı ilə romantik münasibətə girib. O, mediaya özündən 16 yaş kiçik sevgilisi ilə görüşdüyünü deyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadın 14 yaşında ana olduğunu etiraf edib. O, seçimindən heç vaxt peşman olmayıb və qızı Bethlə həmişə yaxşı münasibət qurub. Makintayrın dediyinə görə, qızı da 18 yaşında uşaq dünyaya gətirib. Beləliklə, Makintayr 34 yaşında nənə olub. Qadın bundan sonra da model kimi işləməyə davam edib.

Türkiyəyə səfərlərin birində gənc nənə 18 yaşlı Seskan adlı oğlanla tanış olur. Gənc otel restoranında ofisiant işləyirmiş.

Qadın vurğulayıb ki, Seskan yalnız münasibətdən vizaya ehtiyacı olanlar kimi deyil. “O, mehriban, ağıllı, mülayim, gülməli və gözəl sevgilidir. O, heç vaxt məndən pul istəməyib və adətən harasa gedəndə xərclərini özü ödəyir”, - Makintayr bildirib.

Reyçelin sözlərinə görə, onlar uşaq sahibi olmamaq qərarına gəliblər. Onun nəvəsi və ən kiçik 11 yaşlı qızına baxmağa kifayət qədər imkanı var. O, balaca qızını sentyabr ayında sevgilisi ilə tanış edib və dekabrda Seskan ilə Taylandda tətil etməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 107676
avatar

Oxşar yazılar