20 kilo arıqlayan qadın  ƏRİNİ BOŞADI
16 noyabr 2022 13:42 (UTC +04:00)

20 kilo arıqlayan qadın ƏRİNİ BOŞADI

İngiltərədə 44 yaşlı qadın 20 kiloqram arıqladığı üçün ərindən boşanıb.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, çoxuşaqlı ana evli olduğu müddətdə ərinin pis vərdişləri səbəbindən kökəlib. Buna görə boşanmağı qərar verib.

Melani Sonders həyat yoldaşı ilə 21 yaşında tanış olub. Evlənməzdən əvvəl o, aktiv həyat yaşayan, düzgün qidalanan və fiziki görünüşünə fikir verən biri olub. Amma evlilik hər şeyi dəyişdirib. Sondersin keçmiş əri hazır yeməklər və “fast food” sifariş verməyi çox sevirdi. Həmçinin, çox az hərəkət edir, fiziki iş görmürdü. Melani bu vərdişlərin ona da təsir etdiyini bildirib:

“Mən də bu həyat tərzini mənimsədim və nəticədə həddindən artıq kökəlməyə başladım. Çəkimin 93 kiloqram olduğunu görəndə nə qədər bədbəxt olduğumu düşündüm”, - Sonder deyib.

Sonra britaniyalı qadın əvvəlki həyat tərzinə qayıtmaq qərarına gəlib. O, pəhrizini dəyişib və idmanla məşğul olmağa başlayıb. Pəhrizdən əvvəl Sanders səhər yeməyi üçün yağlı tost yeyir, həftə sonları “pub”da nahar edir, iş günləri isə axşam yeməyindən qalanları yeyirdi. Nahar üçün ən sevimli yeməyi isə pizza idi.

Melani indi isə az karbohidratlı çörək, vetçina salatı və axşam yeməyində bol tərəzli yeməklər yeyir.

Nəticədə ingilis qadının səyləri öz nəticəsini verib və o arıqlamağa başlayıb. O, təxminən 20 kiloqram çəki atıb. Sondersin dediyinə görə, onun bu uğuru əri tərəfindən xoş qarşılanmayıb. Onun keçmiş həyat yoldaşı heç nəyi dəyişmək istəmir və Melaninin artıq ərinin vərdişləri ilə yaşamaması onu narahat edirdi. Sonda 19 illik evlilikdən sonra cütlük boşanmaq qərarına gəlib.

44 yaşlı qadın boşandıqdan sonra özünə daha çox qayğı göstərməyə başlayıb. Özünə ev alıb, dəbli geyinməyə başlayıb və ən əsas köhnə arzularını yerinə yetirib. Hətta bir müddət sonra Melani yeni bir münasibətə başlayıb:

“Yeni sevgilimin adı Metyudur. Özümə olan inam onu tapmağıma kömək oldu. İstəklərimi azaltmağı dayandırdım və yanımda necə bir insan görmək istədiyimi özümə açıq şəkildə etiraf etdim”,- deyə Sanders qeyd edib.

Melani Sonders və yeni sevgilisi 

 

 

# 2970
avatar

Sevinc Fərid

Oxşar yazılar

Rəssamın məzarı üstündə  cinsi əlaqəyə girən   ər-arvad tutuldu

Rəssamın məzarı üstündə cinsi əlaqəyə girən ər-arvad tutuldu

3 fevral 2023 , 19:59
Uzun müddət evli qala bilən məşhurlar  –  Hamı onlardan danışır

Uzun müddət evli qala bilən məşhurlar – Hamı onlardan danışır

3 fevral 2023 , 13:24
Rafet El Romanın keçmiş yoldaşı: "9 dəfə evləndim, biri rəsmi, 8-i... "

Rafet El Romanın keçmiş yoldaşı: "9 dəfə evləndim, biri rəsmi, 8-i..."

3 fevral 2023 , 11:16
Ebru Gündeş sevgilisiylə barışıb  Dubaya getdi

Ebru Gündeş sevgilisiylə barışıb Dubaya getdi

3 fevral 2023 , 09:55
Aktrisa geyimi ilə diqqət çəkdi

Aktrisa geyimi ilə diqqət çəkdi

1 fevral 2023 , 09:44
Ən titullu futbolçunun həyat yoldaşı  boşanır

Ən titullu futbolçunun həyat yoldaşı boşanır

1 fevral 2023 , 00:02
Uşaq kimi görünür, amma 23 yaşı var -  Maraq doğuran sevgi...

Uşaq kimi görünür, amma 23 yaşı var - Maraq doğuran sevgi...

31 yanvar 2023 , 16:12
İdeal sevgiliniz olduğunun  yeddi əlaməti

İdeal sevgiliniz olduğunun yeddi əlaməti

31 yanvar 2023 , 09:09