Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər – Azərbaycan MAFİYASI NECƏ YARANDI?
23 oktyabr 2024 14:34 (UTC +04:00)

Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər – Azərbaycan MAFİYASI NECƏ YARANDI?

Azərbaycanın kriminal şəxsləri dünyaca məşhur olublar. Digər xalqlar hətta buna təəccüb ediblər. Lakin yerlilərimiz cəsurluqları ilə avtoritet aləmə səs sala biliblər.

Maraqlıdır, bəs Azərbaycanın “qanuni oğru”ları necə tanınıblar? Onları məşhur edən hansı əməlləri olub?

Lent.az  “Cinayət dosyesi” rubrikasında sizə bu dəfə “qanuni oğru”larımızdan söhbət açacaq. Diqqətiniz bizdə olsun.

Etiraf edək ki, Azərbaycan mafiyası daha çox Rusiyada məşhur olub. Bizim “qanuni oğru”lar bu ölkənin ən qədim və güclü etnik qruplarından biri olub. Elə zamanlar olub ki, azərbaycanlılar Rusiyada gürcü, çeçen quldur dəstələrini ciddi sıxışdırıb. Onlar gücünə görə slavyanlardan sonra ikinci yerdə olublar. Bunun səbəbi təkcə o deyildi ki, azərbaycanlıların sayı orda çoxdur. Əsas element odur ki, bizim millətin əhalisinin yüksək adaptasiya qabiliyyəti var. Azərbaycanlıların rus dili də həmişə digər Qafqaz xalqları ilə müqayisədə daha yaxşı hesab edilib. Bunu da əsasən aksent məsələsi ilə izah ediblər.

Əvvəlcə ondan başlayaq ki, əgər söhbət Azərbaycan mafiyasından gedirsə, o zaman onların əsas əməllərindən danışmalıyıq. Onu da qeyd edək ki, Lent.az bu yazıda sizə Azərbaycan kriminal qüvvələrinin öz vətənlərində və ya başqa yerlərdəki fəaliyyətindən söz açmayacaq. Əsasən onların Rusiyadakı fəaliyyətindən yazırıq. Hansı ki, Azərbaycan mafiyası həmin ölkədə daha güclü və fəal olublar. Hətta sizə bu ölkədə bizneslə məşğul olan Azərbaycan əsilli cinayətkarlardan da söz açacağıq.

Rusiyanın şəhər və kəndlərində artıq 1960-cı illərdə meydana çıxan müəyyən sayda azərbaycanlı var idi. Dağılan sovet xalqlarından ən çox azərbaycanlılar orada işlə məşğul idi. Onu da qeyd edək ki, onların əksəriyyəti yaxşı təhsil almış insanlar idi. Bir çoxu təhsilini elə Rusiyada bitirmişdi. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Rusiyanın böyük şəhərlərində azərbaycanlıların sayı daha da çox idi. Bu dəfə isə oxumağa getmirdilər. Sadə fəhlə və kəndlilər evdəki sıxıntılardan qaçmağa məcbur olurdular. Əsasən postsovet ölkələrinin hamısında olduğu kimi işsizlik baş alıb gedirdi. Çoxlarının yadındadır ki, o vaxtlar vəziyyət necə idi. Hətta akademiklər də qapıçı kimi işləməyə məcbur olurdular. Azərbaycanlıların əksəriyyəti o zaman əsasən xırda ticarətlə məşğul olurdular. Adətən meyvə-tərəvəz satırdılar - torpaqlarından gətirdiklərindən qazanırdılar.

Bu xırda ticarətlə məşğul olan, yüksək təhsilə və intelligentə məxsus olmayan azərbaycanlılar heç də rusların sevimlisinə çevrilmədilər. Rusiya xalqı həmişə onlara ikinci dərəcəli və yad kimi baxırdı. Elə bu zaman Azərbaycan mafiyasının yaranmasına, bu xırda ticarətlə məşğul olan sadə vətəndaşları digər kriminal qüvvələrdən qorumağa ciddi ehtiyac yaranmışdı. Çünki Rusiya, çeçen və digər xalqdan olan kriminal qüvvələr bizimkilərdən yüklü miqdarda hərrac alırdılar. Bunun müqabilində də onların özlərinə demək olar ki, yetərli vəsait qalmırdı. Azərbaycan qardaşlığı da elə o vaxtlarda formalaşmağa başladı. Ortaya insanlar çıxdı ki, onlar öz həmvətənlərinin müdafiəsinə çıxdılar. Bu dövrlər Azərbaycan mafiyasının formalaşması üçün əsas oldu. Bu zaman Azərbaycanın əsasən Lənkəran və Zaqatala bölgəsindən olan insanlar daha aktiv fəaliyyət göstərirdilər.

Yeri gəlmişkən, elə bu zamanlar zaqatalalı “Dadaş” və “Silvestr” ləqəbli kriminal avtoritetlər daha çox məşhurlaşmışdılar. Bu insanlar Rusiyada həm bizneslə məşğul olur, həm də həmyerlilərinə sahib çıxırdılar. “Dadaş” və “Silvestr” barədə saytımız əvvəllərdə yazıb. Ona görə indi həmin avtoritetlərdən geniş yazmayacağıq. Amma bəzi xatırlamalarımız olacaq. “Silvestr” ləqəbli Yunusov İlham Nəsrulla oğlu 1965-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Milliyyəti azərbaycanlıdır. “Dadaş” ləqəbli Ərəbov Daşqın Hacıömər oğlu 1964-cü ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Milliyyəti azərbaycanlıdır. Onlar hər ikisi hər hansı bir azərbaycanlının başqa millət tərəfindən əzilməsinə imkan vermədilər. Məhz onların sayəsində sadə Azərbaycan tacirləri öz zəhməti hesabına gəlirini qazana bilirdi.

Azərbaycanlı avtoritetlər ilk vaxtlar yalnız Moskva, Sankt-Peterburq və ölkənin cənubundakı şəhərlərdə fəaliyyət göstərirdilər. Onu da qeyd edək ki, Rusiyada məhz həmin bölgələrdə güclü azərbaycanlı icması yaranıb. Əvvəlcə onlar ərzaq bazarlarını nəzarətə götürdülər. Onu da qeyd edək ki, 1990-cı illərdə azərbaycanlıların Rusiyada qazandıqları vəsaitin əhəmiyyətli hissəsi Qarabağ müharibəsinin maliyyələşdirilməsinə yönəldilib.

Sonra azərbaycanlılar öz fəaliyyət sahələrini Volqaboyu və Qərbi Sibirə qədər genişləndirdilər. Xüsusən neft sənayesində həmyerlilərimizin sayı çoxalmağa başladı. 1990-cı illərdə Azərbaycan əsilli mafiozlar slavyanlardan, çeçenlərdən, digər qafqazlılardan və kürdlərdən birmənalı şəkildə kənarda dayanırdılar. Yerli mafiozlarımızda heç kimdə olmayan bir xüsusiyyət var idi. Lazım gələndə onlar bütün qafqazlılar kimi bir yerə toplaşa bilirdilər. Amma düşmənə də çox amansız davranırdılar. Və bu münasibət onlara 1990-2000-ci illərin sonunda uğur qazanmağa imkan verdi. Bundan əvvəl çeçenlər daha güclü idilər, lakin onlar milli xarakterlərinə görə danışıqlar aparmağı bilmirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16452
avatar

Cavidan HUN

Oxşar yazılar