“Qalatasaray” - “Başakşəhər” oyununu bu hakim idarə edəcək
16 may 2019 15:18 (UTC +04:00)

“Qalatasaray” - “Başakşəhər” oyununu bu hakim idarə edəcək

 
Türkiyə Superliqasının XXXIII turunun hakim təyinatları açıqlanıb. 
 
ONA-nın məlumatına görə, çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” və “Başakşəhər” arasında matç Cüneyt Çakıra tapşırılıb. 
 
O, mayın 19-da baş tutacaq qarşılaşmada baş hakim olacaq. Görüş “Türk Telekom Arena”da keçiriləcək. 
 
Qeyd edək ki, hər iki komandanın 32 turdan sonra 66 xalı var. 
# 890
avatar

Oxşar yazılar