<b>Lent.az-a şikayət edən məcburi köçkünə <span style="color:red;">EV VERİLDİ </b>
16 may 2019 13:53 (UTC +04:00)

Lent.az-a şikayət edən məcburi köçkünə EV VERİLDİ

Laçından məcburi köçkün, 55 yaşlı Həsənova Adilə Qənimət qızı Lent.az-ın redaksiyasına müraciət edib.

 

Müraciətdə deyilir: 

 

“Artıq 10 aydır ki, işıq, qaz, su, tualet olmayan yerdə tək yaşayıram. 1992-ci ildən etibarən üç ailə Qaradağ rayonu PNK 2 ünvanında məskunlaşdıq. Daha sonra məndən başqa, hər iki ailəyə üç otaqlı ev verildi və onlar köçdülər. Mənə isə ev verilmədi. Bununla bağlı ötən il dekabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşdüm və bildirdi ki, mənim işimə baxılacaq. Ancaq aylardır ki, heç bir səs yoxdur.

 

Yaşadığım yerdə əvvəl Qaz idarəsi yerləşirdi, onda qaz, su, işıq da var idi. Sonra onlar köçdülər və başqa idarə buranı aldı. Həmin idarə də suyu, qazı, işığı kəsdi, tualetin də qapısını bağladı. İndi də burada təmir işləri aparılır və toz-torpağa güclə dözürəm. Bu halımla da oruc tutub, namaz qılıram, heç yerdə isə işləmirəm”.

 

Şikayətçinin dedikləri ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyevlə əlaqə saxladıq. Qurumdan bu gün şikayətçini dinləyəcəklərini bildirdilər. 

 

Bu gün "Qaçqınkom"da olan Adilə Həsənova günün ikinci yarısında Lent.az-la təkrar əlaqə saxlayaraq, şad bir xəbər çatdırdı: 

 

“Məni “Qaçqınkom”da çox xoş qarşıladılar. Daha sonra mənə Sumqayıtdan bir otaqlı ev verəcəklərini bildirdilər. Bir-iki günə də köçməyim üçün maşın göndərəcəklərini dedilər. Buna görə çox sevincliyəm və Lent.az-ın kollektivinə təşəkkürümü bildirirəm”.

 

# 2834
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar