[b]2 azyaşlı uşağın üstünə qaynar su tökülüb - Ağdamda[/b]
13 may 2019 11:16 (UTC +04:00)

[b]2 azyaşlı uşağın üstünə qaynar su tökülüb - Ağdamda[/b]

Ağdamda 2 azyaşlı uşağın üstünə qaynar su tökülüb.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Səfərli qəsəbəsində baş verib.
 
Rüstəmovlar ailəsinin qonaq getdikləri evdə 4 yaşlı övladları Rüstəmov Xaləddin Əlvan oğlunun və ev sahibinin 5 yaşlı oğlu Quluzadə Amin Amil oğlunun üzərinə oynayarkən isti su tökülüb.
 
Ağır yanıq xəsarəti alan azyaşlılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
# 685
avatar

Oxşar yazılar