<b>"Messiyə məşq keçmək istərdim” - <span style="color:red;">Visente del Boske </b>
02 may 2019 12:50 (UTC +04:00)

"Messiyə məşq keçmək istərdim” - Visente del Boske

“Arzulardan danışsaq, mən Messiyə məşq keçmək istərdim”. 
 
ONA-nın məlumatına görə, bunu İspaniya millisinin və “Real”ın sabiq baş məşqçisi Visente del Boske deyib. 
 
69 yaşlı təcrübəli mütəxəssis “Barselona”nın kapitanı Lionel Messinin oyununu dəyərləndirib. O bildirib ki, argentinalı forvard heç kimdə olmayan bacarığa malikdir:
 
“Ronaldo, Zinəddin Zidan, Roberto Karlos, Redondo kimi oyunçularla çalışmışam. Böyük, fantastik futbolçulardır. Messi də onlarla eyni səviyyədə və ya daha yüksəkdə durur. Leo oyunun hər komponentində kamil bir futbolçudur. O elə xüsusiyyətlərə malikdir ki, ondan heç kimdə yoxdur”.
# 816
avatar

Oxşar yazılar