Azərbaycan Rusiyanın bu şəhərlərində şərab evi açacaq
29 aprel 2019 16:52 (UTC +04:00)

Azərbaycan Rusiyanın bu şəhərlərində şərab evi açacaq

Bu ilin sonunadək Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində Azərbaycanın şərab evləri açılacaq.
 
Bunu ONA-ya Azərbaycan İqtisadiyyat Nazirliyindən deyiblər.
 
Nazirlikdən verilən məlumata görə, bu şəhərlərdə Azərbaycan məhsulları yaxşı tanınır və burada Azərbaycan biznesi olduqca aktivdir: Şərab evlərinin harada yerləşəcəyinə gəldikdə, bu istiqamətdə daşınmaz əmlak agentlikləri ilə iş aparılır, onların təklifləri öyrənilir və koordinasiya olunur".
 
Qeyd edək ki, Azərbaycanın aşağı qiymət seqmentinə aid olan şərablarından fərqli olaraq, premium şərabları Rusiya bazarında təzəlikcə ixrac olunmağa başlanılıb.
 
Xatırladak ki, hazırda analoji şərab evləri Çinin Urumçi və Şanxay şəhərlərində fəaliyyət göstərir.
# 851
avatar

Oxşar yazılar