Dövlət aqrar sığorta informasiya sistemi yaradılır
25 aprel 2019 13:38 (UTC +04:00)

Dövlət aqrar sığorta informasiya sistemi yaradılır

Aqrar sığorta informasiya sistemi yaradılacaq.
 
ONA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində öz əksini tapıb.
 
Qanun layihəsinin 13-cü maddəsində (Aqrar sığorta informasiya sistemi) qeyd edilib ki, aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətlərin elektron qaydada aparılması, aqrar sığorta məhsulunun elektron təşkili, aqrar sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilməsi məqsədilə aqrar sığorta orqanı tərəfindən aqrar sığorta informasiya sistemi yaradılır.
Aqrar sığorta informasiya sistemi dövlət informasiya sistemi sayılır. Sistemin əsasnaməsi  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənir.
# 799
avatar

Oxşar yazılar