17 yaşlı yeniyetmə qatil oldu
23 aprel 2019 14:16 (UTC +04:00)

17 yaşlı yeniyetmə qatil oldu

Qazaxda yetkinlik yaşına çatmayan şəxs qətl törədib.
 
Lent.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Çaylı kəndində internet klubun qarşısında baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Qocayev Məhərrəm Kamran oğlu internet klubun qarşısında şəxsi münasibətlər zəminində həmkəndlisi, 1999-cu il təvəllüdlü Cələddinli Rahil Subhan oğlunu üzərində gəzdirdiyi bıçaqla bir neçə dəfə bıçaqlayaraq qətlə yetirib.
 
Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
# 877
avatar

Oxşar yazılar