<b>Elçi göndərdiyi qızı öldürüb, anasını güllələyən şəxsə cəza istəniləcək</b>
19 aprel 2019 12:21 (UTC +04:00)

Elçi göndərdiyi qızı öldürüb, anasını güllələyən şəxsə cəza istəniləcək

Bakıda elçi göndərdiyi qızı öldürən, anasını isə ağır yaralamaqda təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məhkəmə istintaqı başa çatıb.

 

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Xatırladaq ki, dəhşətli cinayət hadisəsi Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.

İlkin məlumata görə, Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib. Amma məhkəmədə məlum olub ki, Sabir Qədimov mərhumun evinə elçi kimi yox, Aytənlə mübahisə etməyə gəlibmiş.

Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə qayıdıb.

 

S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.

 

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E.Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib.

A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120. 2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürüllüb.

Mərhumun anası bildirir ki, qızı Sabir tərəfindən zorlanıb.

 

# 626
avatar

Səlcuq Elçin

Oxşar yazılar