Qapağı açıq kanalizasiyaya bədbəxt hadisəyə səbəb oldu: 72 yaşlı...
15 mart 2019 09:12 (UTC +04:00)

Qapağı açıq kanalizasiyaya bədbəxt hadisəyə səbəb oldu: 72 yaşlı...

 
Bakıda yaşlı kişi kanalizasiya quyusuna düşərək ağır xəsarət alıb.
 
ONA-nın məlumatına görə, hadisə Xətai rayonu, Neapol küçəsi 10 B ünvanında baş verib. 
 
1947-ci il təvəllüdlü Nadirov Viktor Əli oğlu həyətyanı sahədə gəzərkən qapağı açıq vəziyyətdə olan quyuya düşüb. Ətrafdakıların köməyi ilə o xilas edilib. 
 
Kişinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.
# 556
avatar

Oxşar yazılar