Problemli kreditlərlə bağlı YENİ MODEL

Azərbaycanda problemli kreditlərlə bağlı qaydalar artıq hazırdır və yaxın günlərdə təsdiqlənəcək. Həmin qaydalarda həm vətəndaşlara məbləğin qaytarılması prosedurları, həm də banklar və müştərilər arasındakı münasibətlər öz əksini tapıb. Bunu ONA-ya açıqlamasında Azərbaycan Banklar Assosiasiyanın sədri Zakir Nuriyev bildirib.
 
Onun sözlərinə görə, qaydalarda bütün lazımi məsələlər əks olunub: “Bu günlərdə sözügedən qaydalar öz təsdiqini tapacaq. Bu qaydalarda xarici təcrübədən faydalanmayıb. Azərbaycan modeli desək, yanılmarıq. Belə bir format heç bir ölkədə tətbiq olunmayıb. Hesab edirik ki, bu, ən uğurlu modellərdən biri olacaq”.
 
Z.Nuriyev onu da bildirib ki, banklara borcu olan şəxslərin sayı əhəmiyyətli dərəcədə azalacaq və yeni restrukturizasiya şərtləri müştərilərə daha uzun müddətə öz borclarını ödəməyə imkan yaradacaq.
 
“Banklara 0,1%-lə veriləcək kreditlər və müştərilərə ödənilmiş kompensasiyaların bir qismi banklarda müştərilərin vaxtı keçmiş kreditlərinə sərf edildiyi üçün banklarda izafi likvidliyi formalaşdıracaq.  Manatda formalaşacaq bu izafi likvidlik imkan verəcək ki, banklar öz kredit faizlərini aşağı salsınlar və vətəndaşlara daha uzun müddətə kredit versinlər. Hesab edirik ki, bu fərmandan ilk növbədə vətəndaşlarımız və eyni zamanda bank sektoru yararlanmış olacaq”, - deyə Z.Nuriyev əlavə edib.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>