<b>İnternet klubda müştərinin qanını tökənə <span style="color:red;"> 4 İL HƏBS CƏZASI </b>
13 mart 2019 14:13 (UTC +04:00)

İnternet klubda müştərinin qanını tökənə 4 İL HƏBS CƏZASI

İşlədiyi internet klubunda müştərini bıçaqlamaqda təqsirləndirilən Anar Hacıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən A.Hacıyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki,  hadisə ötən il Xətai rayonu Əhmədli qəsəbəsində baş verib. Anar Hacıyev işlədiyi internet kluba gələn müştəri Rafiq Nurullayevlə mübahisə edib. Mübahisə zamanı onlar əvvəlcə əlbəyaxa olublar. Sonra isə A.Hacıyev R.Nurullayevi bıçaqlayıb.

Onu da qeyd edək ki, məhkəmədə zərərçəkən günahın özündə olduğunu deyib: "İçkili idim, özümdə olmayıb söyüş söymüşəm. O da məni vurub. İndi heç bir şikayətim yoxdur. Lənət şeytana, ikimizi də şeytan yoldan çıxardı”

Rafiq Nurullayev deyib ki, aptekdən aldığı 95 faizlik spirtlə koka-kolanı qarışdıraraq içdiyini deyib.

 

 

# 437
avatar

Səlcuq Elçin

Oxşar yazılar