<b>Koreya filmləri Azərbaycanda yayımlanacaq</b>
11 mart 2019 19:17 (UTC +04:00)

Koreya filmləri Azərbaycanda yayımlanacaq

Milli Televiziya və Radio Şurasının (MTRŞ)  sədri Nuşirəvan Məhərrəmov ilə Koreyanın Azərbaycandakı səfiri Kim Tonq-Op arasında görüş keçirilib.

Şuradan Lent.az-a verilən məlumata görə, N.Məhərrəmov Azərbaycanda televiziya və radio yayımı, Milli Televiziya və Radio Şurasının yaradılması, onun əsas funksiya və vəzifələri haqqında qonağa  məlumat verib.

Səfir Koreyada bu sahədə olan vəziyyət barədə, həmçinin yayım tənzimləmə funksiyasını həyata keçirən Koreya Televiziya və Radio Yayım Komitəsi barədə danışıb.

Görüş zamanı Koreya film və seriallarının Azərbaycanda yayımlanması məsələsi, televiziya və radio yayımı sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və digər əlaqəli məsələlər ətrafında geniş müzakirələr aparılıb.

 

 

 

 

 

# 586
avatar

Aygün İbrahimli

Oxşar yazılar