BDU-nun yeni rektoru kimdir? -<span style="color:red;">DOSYE
11 mart 2019 16:41 (UTC +04:00)

BDU-nun yeni rektoru kimdir? -DOSYE

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bugünkü Sərncamı ilə Eçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

 

Lent.az BDU-nun yeni rektorunun dosyesini təqdim edir:

Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub.
 
Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru,  AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəri vəzifələrində çalışıb.
 
Qeyd edək ki, Elçin Babayev  Azərbaycan Dövlət Pedaqoji Universiteti (1996-1997), Bakı Dövlət Universiteti (1998-1999),
 
Əmək və Sosial Münasibətlər Akademiyası (1996-1999),
 
289 nömrəli məktəb – “Zəngi” liseyi (1995-2009) -Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Rəhbər Dövlət İdarəşiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında (2013-2016) pedaqoji fəaliyyətlə də məşğul olub.  
 
Onlarla elmi əsərlərin müəllifi olan E.Babayev həmçinin, 2003-cü ildən bu günə qədər Beynəlxalq Astronomiya İttifaqının üzvüdür.
 
Yeni rektor Avropa Astronomiya Cəmiyyətinin, Avroasiya Astronomiya Cəmiyyətinin İdarə Heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Biometeorologiya Cəmiyyətinin də üzvüdür.
# 887
avatar

Aygün İbrahimli

Oxşar yazılar