<b>“Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru dəyişdi</b>
01 mart 2019 17:55 (UTC +04:00)

“Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru dəyişdi

“Maarifçi” Tələbə Kredit Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.
 
Verilən məlumata görə, iclasda 2018-ci ilin yekunlarına dair fondun hesabatı təqdim olunub, Himayəçilik Şurası sədrinin və fondun yeni icraçı direktorunun təyin olunması, növbəti elan sessiyasının tarixi və müraciət meyarlarına dair məsələlər şuranın müzakirəsinə təqdim edilib.
 
Fondun ilk icraçı direktoru Rüfət Mahmudun üç illik səlahiyyət müddətinin başa çatması və digər vəzifə təyinatı ilə əlaqədar onun növbəti müddətə fonda rəhbərlik üçün namizədliyi irəli sürülməyib.
 
Gündəlikdəki məsələyə əsasən, Himayəçilər Şurasının üzvləri yeni namizədin təqdimatı ilə tanış olublar. Səsvermə əsasında fondun icraçı direktoru vəzifəsinə Araz Paşayevin təyin edilib. Araz Paşayev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinin məzunudur. O, uzun müddət təhsil və hüquq sahələrində həyata keçirilən bir sıra yerli və beynəlxalq layihələrdə məsləhətçi-ekspert olaraq çalışıb.
# 604
avatar

Aygün İbrahimli

Oxşar yazılar