Antuan Qrizmann qərarını açıqladı
15 iyun 2018 10:59 (UTC +04:00)

Antuan Qrizmann qərarını açıqladı

“Atletiko”nun hücumçusu Antuan Qrizmann yekun qərarını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, fransalı forvard bunu tvitter səhifəsi vasitəsilə edib.

Belə ki, ulduz futbolçu kiçik videoçarx hazırlayaraq, komandada qalacağını bəyan edib: “Mənim fanatlarım, komandam, evim. Yeni layihələr və transferlər barədə məlumat aldım. Bu, möhtəşəmdi. Rəhbərlik Çempionlar Liqasını qazanmağımız üçün əlindən gələni edəcək. Dünya çempionatının startından bir gün əvvəl “Atletiko”da qalmağı qərara aldım. Üzərimdə təzyiq var. Hər kəsə göstərəcəm ki, klubuma, komanda yoldaşlarıma güvənməkdə səhv etməmişəm”.

Qeyd edək ki, Antuan Qrizmannın “Barselona”ya transferi gözlənilirdi.

# 366
avatar

Oxşar yazılar