Bakıda sərnişin avtobusu qəza törətdi: <span style="color:red;">ölən var
22 fevral 2016 10:20 (UTC +04:00)

Bakıda sərnişin avtobusu qəza törətdi: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 21-də Bakıxanov qəsəbəsi ərazisində "Transgeyt" MMC-yə məxsus 10 TE 288 nömrə nişanlı sərnişin avtobusu piyadanı vurub. Nəticədə ağır xəsarət alan 33 yaşlı kişi vəfat edib.

 

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

# 395
avatar

Nizam Rza

Oxşar yazılar