(R)DəmirBank-ın “Cash by Code” xidmətiylə pulunuzu rahat göndərin
11 yanvar 2016 15:09 (UTC +04:00)

(R)DəmirBank-ın “Cash by Code” xidmətiylə pulunuzu rahat göndərin

DəmirBank müştərilərinin rahatlığını təmin edən “Cash by Code” xidmətini təklif edir. Artıq pul göndərmək üçün bankın filialına müraciət etməyə və növbədə gözləməyə ehtiyac yoxdur. Vəsaitiniz plastik kartda olduqda, köçürmə etmək üçün əvvəlcə bankomatdan pulu nağdlaşdırmalı olacaqsınız ki, bu əlavə komissiya xərclərinə səbəb olur. “Cash by Code” xidməti ilə isə pulu kartdan çıxarmadan da göndərmək mümkündür. Bu zaman göndərəcəyiniz şəxsin adına bankda hesabın olması və ya filiala yaxınlaşmaq tələb olunmur.

“Cash by Code” xidməti bankomat üzərindən aparılır. Pul göndərmək üçün DəmirBanka məxsus bankomat menyusundan «Cash by Code» – «Pul göndər» xidməti seçilməlidir. Sonra pul göndərilən şəxsin mobil nömrəsi və köçürmənin məbləği daxil edilməlidir. Bankomat hər biri 5 rəqəmdən ibarət 2 hissəli xüsusi kod hazırlayır - birinci hissə pulu göndərən üçün qəbz şəklində çap olunur, ikinci hissə isə pulu alana SMS vasitəsilə göndərilir. Pulu alan şəxs kodun 1-ci hissəsini pul göndərəndən öyrəndikdən sonra DəmirBank bankomatına yaxınlaşmalıdır. Bankomatın sağ tərəfində 4 düymədən birini sıxdıqdan sonra, açılmış pəncərədə kodun hər 2 hissəsi birləşdirilərək 10 rəqəm daxil edilməlidir. Kod daxil edildikdən sonra göndərilmiş məbləğ ekranda görünəcək və “Bəli” düyməsini sıxdıqdan sonra müştəri ona göndərilmiş məbləği ala biləcək. Qeyd etmək lazımdır ki, əldə olunmuş kod istifadə üçün 24 saat müddətində qüvvədədir.  

DəmirBank ölkənin əksər regionlarını əhatə edən geniş filial və bankomat şəbəkəsinə malikdir ki, bu da müştərilərə müasir bank xidmətlərini göstərməyə imkan yaradır.

 

Bankla əlaqə saxlamaq üçün:

 

Məlumat Mərkəzi :  (012) 149

 http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

 
# 152
avatar

Oxşar yazılar