YPX yanında qırmızıdan keçənlər
28 dekabr 2021 12:49 (UTC +04:00)

YPX yanında qırmızıdan keçənlər

Yol polisinin yanında qırmızı işıqdan keçdilər - VİDEO

Gəncədə yol patrul xidməti avtomobilinin yanında iki avtomobil işıqforun qırmızı işığında gözləmədən keçib.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Kobud pozuntu izləyicilərin qınağına səbəb olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, həmin pozuntuya yol verən sürücülər barəsində cərimə protokolu tərtib olunub:

"Məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən, foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin  köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsinin dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmək haqqında qərar çıxarmaq qadağandır.

Sosial Şəbəkələrdə yayılan bu videoda əks olunan fakt bu ilin mart ayında baş verib. Həmin pozuntu xüsusi texniki vasitənin köməyi ilə qeydə alınaraq avtomobil sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə protokol tərtib edilib. Bir daha qeyd etmək istəyirəm ki, eyni xətaya görə şəxs 2 dəfə məsuliyyətə cəlb edilə bilməz".

YPX yanında qırmızıdan keçənlər cəzalandı

# 2034
avatar

Mehman Nəbiyev

Oxşar yazılar