Tuğda tapılan "Mİ-8" helikopterinin qalıqları - VİDEO  - YENİLƏNİB
12 avqust 2022 12:13 (UTC +04:00)

Tuğda tapılan "Mİ-8" helikopterinin qalıqları - VİDEO - YENİLƏNİB

Müdafiə Nazirliyi Tuğda tapılan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının görüntülərini yayıb.

Xəbərə video əlavə olunub.

***

11 avqust saat 18:43

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir. 

# 4281
avatar

Oxşar yazılar