Texnologiyanın möcüzəsi  ROBOT İNSANLAR – VİDEO 
09 iyun 2021 18:49 (UTC +04:00)

Texnologiyanın möcüzəsi ROBOT İNSANLAR – VİDEO 

Artıq robotlar həyatımızın bir parçasına çevrilib. Texnikanın inkişafı sayəsində robot heyvan, insan belə yaradılıb.. 

Lent.az dünyanın fərqli robotları haqqında məlumatları təqdim edir:

Bina 48 

2010-cu ildə duyğuları olan qadın robot yaradılıb. Dost robot kimi yaradılan “qadın”ın gözləri görür, qulaqları eşidir, hərəkətli mimikaları və dialoq qurma bacarığı olan dijital beyinə sahibdir. Başqaları ilə ünsiyyətdə olanda onun haqqında məlumatları yadda saxlayır, inanclara hörmət edir. Robot qadını hazırlamaqda məqsəd gələcəkdə insanlarla ünsiyyətini təmin etmək üçün sosial dostlar təmin etməkdir. Bina 48 bütöv bədən olaraq deyil, büst kimi yaradılıb. Bina 48-in yaradıcısı xarici görünüşünü həyat yoldaşına bənzədib. Dost robot 125 min dollara satılır. 

Sofiya 

Dünyanın ən ağıllı və ilk dəfə 2017-ci ildə Səudiyyə Ərəbistanında vətəndaşlıq alan süni zəka sahibi, insanaoxşar robot Sofiyadır. Robot 2018-ci ildə Azərbaycana da gəlib. "Sofiya"nın insanlarla göz təması qurmağı və tanımağı üçün kameraları və özəl program sistemi var. Bu robot 2016-cı ildə hazırlanıb.  

Sofiya qocalar evində məskunlaşan yaşlılara qulluq, kütləvi tədbirlərdə və parklarda insanlara kömək etmək üçün yaradılıb. Robotun hazırlanmasına 2 milyondan çox dollar xərclənib. 

Dünyanın ən ağıllı robotu olan Sofiya "Ukrayna Evi"nə dəvət ediləndə heyət üzvlərindən biri "Ukraynada rüşvəti necə aradan qaldıra bilərik?" sualını eşidəndə, robotun prosessuru donmuşdu.

Spot 2 

30 kiloqram ağırlığa malik olan bu robotu ev və ofisinizdə rahatlıqla yerləşdirə bilərsiniz. Bu robot tamamilə elektriklə işləyir. Tək enerji batareyası ilə 90 dəqiqə çalışır. Spot 2-nin yaradılmasında məqsəd çətin yolları asanlıqla dəf etməkdir. Satışda olmayan robotun hazırlanmasında yüz minlərlə dollar sərf olunub. 

Asimo

1980-ci illərdə Asimo robotun hazırlanmasına başlanılsa da, bu haqda 2000-ci illərdə məlumat verildi. Hondo tərəfindən hazırlanan Asimo yeriyə bilən ilk insanabənzər robotdur. O hərəkət edə bilən canlıları tanıyır, əllə hərəkətlər edir. Asimo 130 sm uzunluğa, 54 kq ağırlığa malikdir. Enerji yığa bilir və bir saat hərəkət edir. Əlləri və qolları olan robot qapı açmaq, pəncərə bağlamaq, paketləri daşımaq və.s kimi fiziki işləri də bacarır. Honda oyuncaq robot hazırlamaqdansa, insanlara, qocalara, yataq xəstələrinə qulluq edən robot hazırlamağı üstün tutub

# 3573
avatar

Nigar Adil

Oxşar yazılar