Taksi sürücüsü öz maşınında DİRİ-DİRİ YANDI  - VİDEO
24 oktyabr 2021 07:16 (UTC +04:00)

Taksi sürücüsü öz maşınında DİRİ-DİRİ YANDI - VİDEO

Rusiyada sürücü öz avtomobilində faciəli şəkildə dünyasını dəyişib.

Lent.az Rusiya KİV-ə istinadən məlumat verir ki, hadisə Kaluqa şəhərinin Muratovka kəndində baş verib.

Kəndin yaxınlığındakı meşə zolağında avtomobilin içərisində yanmış kişi meyiti aşkarlanıb. Mərhum yerli sakinin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Hüquq-mühafizə orqanları avtomobilin yanması ilə bağlı bir sıra versiyalar irəli sürüb. 
İlkin məlumatlara görə, təbii qazla çalışan avtomobil yerə yıxılmış ağac gövdəsinə çırpılıb və zərbənin gücündən maşın alışıb.

Daha dəqiq nəticənin əldə olunması üçün ekspertiza qrupu hadisə yerinə cəlb edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11148
avatar

Oxşar yazılar