İsraildə banka girən öküz maraqlı səhnələrin ortaya çıxmasına səbəb olub.
Lent.az xəbər verir ki, fermadan qaçan öküz Tel-Əvivdəki məşhur banklardan birinə girib.
Binada hərəkət edən heyvan işçilərdə çaşqınlıq yaradıb. Mühafizə xidməti heyvanı saxlamağa müvəffəq olmadığı üçün heyvanın sahibi köməyə gəlib.
Hadisədə heç kimin xəsarət almasa da, sosial şəbəkədə məsələ geniş müzakirə mövzusu olub. İstifadəçilər iddia edirlər ki, öküz antikapitalistdir və yüksək faizlərə bu yolla etiraz edir.