Niaqara şəlaləsi də bayrağımıza büründü - VİDEO
09 noyabr 2022 12:05 (UTC +04:00)

Niaqara şəlaləsi də bayrağımıza büründü - VİDEO

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşəbbüsü ilə dünyanın ən enli şəlaləsi olan Niaqara şəlaləsi 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə mavi, qırmızı və yaşıl rənglər ilə işıqlandırılıb.

Lent.az xəbər verir ki, bu barədə ABŞ-dakı səfirliyimiz məlumat yayıb.

Qeyd edilib ki, 8 noyabr tarixinin ölkəmizdə Zəfər Gününə təsadüf etməsi, eləcə də, ABŞ və Azərbaycan arasında vaxt fərqini nəzərə alaraq, şəlalənin məhz bu tarixdə işıqlandırılması üçün Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Niaqara Şəlaləsi Dövlət Parkının rəhbərliyinə müvafiq müraciət ünvanlanıb və Park rəhbərliyi tərəfindən sözügedən müraciət ilə bağlı müsbət qərar qəbul edilib.

# 2412
avatar

Oxşar yazılar