Bakıda narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlardan silsilə reportajlar hazırlayan blogger qarət olunub.
Lent.az xəbər verir ki, bu barədə zərərçəkmiş blogger Nail Kəmərli özünün sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, naməlum şəxs və ya şəxslər gecə saatlarında ona məxsus “NİVA” markalı avtomobili qarət ediblər. Belə ki, həmin şəxslər salonda N. Kəmərlinin çəkiliş üçün istifadə etdiyi kamera və bir neçə ləvazimatları oğurlayıb, həmçinin avtomobilin maqnitofonunu sındırıblar.
Blogger hadisənin narkotik alverçiləri tərəfindən edildiyini güman edir. O bildirib ki, bu hadisə məlum fəaliyyəti dövründə ilkdir və bunu təzyiq kimi qiymətləndirib.
Qeyd edək ki, Nail Kəmərli narkotiklərin qanunsuz dövriyyəsi, Bakıda ən çox narkomanların olduğu ərazilərdən və s. çəkilişlər edir.