Ermənilər Laçın-Zabul yolunda yanğın törədib.
Lent.az xəbər verir ki, bu barədə görüntülər ermənilərə aid sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, rayondan çıxan ermənilər Laçın-Zabux yolunun kənarında, dağlıq əraziyə od vurublar.
Qeyd edək ki, Laçın şəhəri və Zabux kəndindəki ermənilər avqustun 25-dək həmin əraziləri tərk etməlidirlər.
Xatırladaq ki, ermənilər 2020-ci ildə 44 günlük müharibə zamanı da analoji şəkildə Azərbaycanın ərazisində olan evlərə və infrastruktura bilərəkdən zərər vurub.