İtaliya A Seriyasının 4-cü turunun "İnter" - "Kremonese" oyununda kuryoz qol vurulub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 11-ci dəqiqədə “Kremonese” küncdən zərbə vurmaq imkanı əldə etsə də, komandanın oyunçusu qeyri-dəqiq ötürmə verib. "İnter" sürətli əks-hücum təşkil edib və 15 saniyə sonra Xoakin Korrea qol vurub.
Hissənin sonunda "neradzurrilər" Nikolo Barellanın qolu sayəsində fərqi ikiyə çatdırıb.
Görüş "İnter"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.