İranda əxlaq polisi qadın və qızların hicab taxıb-taxmadıqlarını yoxlamaq üçün bu dəfə çimərliklərə üz tutub.
Lent.az xəbər verir ki, avqustun 22-də Bəndər Ənzəli şəhərində vətəndaşlardan biri video çəkərək, çoxlu sayda polis-patrul qüvvələrinin çimərliyə gələrək "pis hicablanmış" qadınları həbs etməyə çalışdığını bildirib.
Qeyd edək ki, son aylarda İran hökumətinin tələb etdiyi hicabın qayda-qanunlarına riayət etməyən qadınların saxlanılması üçün İranın hər yerində “Əxlaq polisi” adlı patrul qüvvələrinin sayı çoxalıb. Məcburi hicaba qarşı olan bir sıra ictimai fəallar da həbs ediliblər.