Türkiyənin “A Spor” telekanalının canlı yayımına pişik girib.
Lent.az xarici mediaya istinadən bildirir ki, heyvan idman jurnalisti Hüseyn Özkökə hücum edərək onun çıxışını yarımçıq kəsib. Pişiyin də iştirak etdiyi proqramın fraqmentini Reuters yayıb.
Videoda pişiyin Özkokun oturduğu stula necə dırmaşdığını və pəncəsi ilə jurnalistin başına necə vurduğunu görmək olar. Bundan sonra Özkok və aparıcı gülüb.
Jurnalist pişiyin ev heyvanı olduğunu qeyd edib.
Özkök "Instagram" səhifəsində pişiklə çəkilmiş videonu yerləşdirib. Şərhlərdə bir çox istifadəçi videonun onları güldürdüyünü etiraf edib.