Bayrağa hörmətsizlik edənlə bağlı araşdırma başlandı - VİDEO
01 may 2026 11:20 (UTC +04:00)

Bayrağa hörmətsizlik edənlə bağlı araşdırma başlandı - VİDEO

0

Sumqayıtda bayrağa hörmətsizlik edən şəxslə bağlı araşdırmalara başlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, yayılan görüntülərlə bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır. Həmin şəxs barəsində məsuliyyət tədbiri görüləcək.

Görüntülərdən məlum olur ki, naməlum şəxs bayrağa qarşı qeyri-etik hərəkət edir. Bunu görən yoldan keçənlərdən biri həmin şəxsə yaxınlaşaraq irad bildirir. Bundan sonra o, bayrağı öpərək üzrxahlıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar