Bakıda avtomobil piyadanı vurub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə bu gün günorta saatlarında Xətai rayonu, 8 Noyabr prospektində baş verib. Yaxınlıqda, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub. Nəticədə piyada qadın ölüb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar.