Qəza törədən maşın
18 aprel 2022 09:53 (UTC +04:00)

Qəza törədən maşın

Bakıda "Mercedes" aşdı, 5 yaralı...- VİDEO

Bakıda ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə bu gecə paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay küçəsində qeydə alınıb. "Mercedes-Benz" markalı avtomobil idarəetməni itirərək aşıb. Ətrafda olanların dediyinə görə, avtomobil bir neçə dəfə çevrilib.

Qəza zamanı 2-i azyaşlı olmaqla 5 nəfər yaralanıb. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerindən görüntülər yaxınlıqdakı bina sakinlərindən biri tərəfindən lentə alınıb.

Görüntüləri təqdim edirik:

Bakıda "Mercedes" aşdı

# 4407
avatar

Mehman Nəbiyev

Oxşar yazılar