Bakı-Qazax yolunda 12 yaşlı "sürücü" saxlanıldı -  VİDEO
10 dekabr 2021 16:12 (UTC +04:00)

Bakı-Qazax yolunda 12 yaşlı "sürücü" saxlanıldı - VİDEO

Bakı-Qazax yolunda 12  yaşlı uşaq avtomobil idarə edib

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, DYP əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə yollara nəzarət zamanı Bakı-Qazax yolunda hərəkətdə olan “VAZ 21723” markalı nəqliyyat vasitəsi diqqət çəkib. Sükan arxasında azyaşlının olduğuna dair şübhələr yaranıb və həmin avtomobil Kürdəmir rayonu ərazisində yerləşən stasionar postda yol-patrul xidməti əməkdaşları tərəfindən dayandırılıb.

Məlum olub ki, avtomobili həqiqətən də 12  yaşlı uşaq idarə edib. Uşağın atası ilə profilaktiki söhbətlər aparılıb və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Valideyn özü də yol verdiyi əməldən peşmanlığını ifadə edib.

12 yaşlı uşaq maşın sürdü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4137
avatar

Mehman Nəbiyev

Oxşar yazılar