İnsanlar getdikləri hər yerdə iz qoymaq istəyirlər. Məsələn, ağaclara adlar cızmaq, divarlara yazı yazmaq və.s.
Bəs ayda iz qoymaq necə? Aya səyahət edən bir neçə astronom özündən sonra bəzi əşyalarını orada unutdular.
Lent.az ayda unudulan əşyaları təqdim edir:
Qolf topu
Apollon 14 layihəsi əsasında aya gedənlər orada darıxmamaları üçün qolf çubuğu və topu apardılar. Ayda qolf oynamanın əyləncəsini yaşayan astronomlar ətrafa dağılan topları yığışdırmağı unutdular. Toplar 1970 -ci ildən hələ də aydadır.
Ayaqqabı
Həm aya ilk ayaq basdılar, həm də ilk dəfə aya əşyalarını “bağışlayan” ilk insan oldular. Nil Amstronq və Baz Aldrin aydan qayıdan zaman yüklərini azaltmaq üçün bir neçə əşyalarını ayda saxladılar. Kamera, Amerika bayrağı və ayda hərəkət etmək üçün 12 cüt xüsusi ayaqqabı var idi.
Qartal tükü
Appollon 15 layihəsi çərçivəsində aya gedən bir qrup insan ayın boşluğunda havadan buraxılan iki əşyanın eyni anda yerə düşər fikrini sübut etmək istədilər. Buna görə də çəkic və qartal tükü havadan ayın səthinə buraxıldı. Hər iki əşya eyni anda yerə düşdü. Təcrübədən sonra çəkici götürən astronomlar qartal tükünü unutdular.
Sənət əsəri
1960-cı ildə 6 amerikalı rəssam aya sənət əsəri göndərmək istəyirlər. Balaca bir taxtaya öz kiçik əsərlərini çəkirlər. Amma NASA bu əsəri aya aparmaq təklifini rədd edir. Öz fikirlərindən dönməyən rəssamlar NASA-da çalışan bir mühəndislə gizli razılıq əldə etdilər. Plan baş tutdu və kiçik sənət əsəri hazırda aydadır.
Foto
Apollan 16 layihəsi çərçivəsində aya səyahət edən astronom Çarls özü ilə birgə ailə fotosunu da götürmüşdü. Aydan qayıdan zaman o fotonun arxasına öz fikirlərini yazaraq, şəkli aya “hədiyyə” etdi.
Nəcis
NASA layihəsi çərçivəsində bir qrup insan aya gedir. Onlar təbii ehtiyaclarını xüsusi paketlərə etdilər. Amma ... geri qayıdanda toplanan paketləri götürməyi unutdular. Hazırda ayda 96 paket insan idrarı var.