Türkiyədə yaşanan bir olay insanların marağına səbəb olub.
Lent.az xəbər verir ki, Kırıkkale adlı yerdə külək səbəbindən bir kişinin 8 min türk lirəsi küçəyə səpələnib. Bunu görən insanlar dərhal pulları toplamaq üçün səfərbər olublar.
Xeyirxah insanlar kişinin bütün pulunu toplayıb özünə təhvil veriblər.
Qeyd edək ki, görüntülər sosial şəbəkədə sürətlə yayılıb və istifadəçilər tərəfindən xoş qarşılanıb.