Zukerberq Maskın “insanları “çip”ləşdirmək” istəyini ələ saldı
27 avqust 2022 16:09 (UTC +04:00)

Zukerberq Maskın “insanları “çip”ləşdirmək” istəyini ələ saldı

“Tesla”nın rəhbəri İlon Maskın “Neuralink” startapının inkişafı vasitəsilə bəşəriyyəti “çipləşdirmək” planları çətin ki, reallaşsın”. 

Lent.az xəbər verir ki, bunu “Meta” şirkətinin rəhbəri Mark Zukerberq blogger və idman verilişlərinin aparıcısı Co Roqanla müsahibəsində bildirib.

İş adamı hər kəsin beyninə çip yerləşdirilməsi fikrini ələ salaraq deyib ki, bu layihədə ən çətin hissə kompüterin birbaşa beyninizə məlumat verməsi olacaq:

“Bəli, biz “Meta”da neyron interfeys üzərində işləyirik, lakin Maskın düşündüyü interfeys üzərində deyil. Fikrimcə, “Neuralink”in işi uğurlu ola bilər, lakin yaxın illərdə yox. “Neuralink və bəzi digər şirkətlərlə İlon fövqəltəbii bir şey vəd edir. Ola bilsin ki, o, bir neçə onillikdə hazır olacaq”.

Mark zarafatla qeyd edib ki, belə texnologiyanı sınaqdan keçirmək lazımdır, lakin “qvineya donuzları” tapmaq asan olmayacaq:

“Normal insanlar, məncə, yaxın 10 və ya 15 il ərzində onlar əyləncə məqsədilə beyinlərinə nəyinsə implantasiya edilməsini istəməyəcəklər”.

Qeyd edək ki, daha əvvəl İlon Mask beyin çipinin uzun müddət işlənməsinə görə “Neuralink”də məyus olduğu üçün “Synchron”un tərtibatçısına şirkətə investisiya yatırmaq təklifi ilə müraciət edib. Məsələn, “Synchron” artıq beyni manipulyasiya etmək üçün icazə alıb və ilk uğurlu insan sınağını keçirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3183
avatar

Oxşar yazılar