Yer kürəsi Günəşdən uzaqlaşır... - Narahat olmağa dəyərmi?
10 avqust 2022 18:03 (UTC +04:00)

Yer kürəsi Günəşdən uzaqlaşır... - Narahat olmağa dəyərmi?

Alimlər hesab edirlər ki, Yerlə Günəş arasındakı məsafənin dəyişməsi iqlim dəyişikliyinə səbəb olacaq. Planetimiz bir az elliptik orbitə malikdir, yəni o, Günəş ətrafında dairəvi dövrə vurmur. Orta hesabla Yerdən bizim ulduza qədər olan məsafə 150 milyon kilometrdir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, planetimizin oval orbitinə görə bu məsafə il boyu daim dəyişir – 147 milyon kilometrdən 152 milyon kilometrə qədər. Eyni zamanda, Yerdən Günəşə olan orta məsafə yenə də artır, yəni planetimiz ulduzdan uzaqlaşır və bu, zamanla iqlim dəyişikliyinə gətirib çıxaracaq.

“Bu barədə artıq narahat olmağa dəyərmi?” sualına ABŞ-ın Kaliforniya Universitetinin astronomu “Live Science” üçün yazdığı məqalədə cavab verir.

Santa Kruzdakı Kaliforniya Universitetinin astronomu Brayan DiCorcio hesab edir ki, Yerdən Günəşə olan orta məsafə tədricən artır.

Bu, Günəşin yavaş-yavaş kütləsini itirməsi, eləcə də iki kosmik cismin bir-birinə qarşılıqlı cazibə təsiri ilə bağlıdır.

“Günəşimizin, proqnozlara görə, təxminən 5 milyard il ömrü qalıb, lakin elə vaxt gələcək ki, ulduzumuz yavaş-yavaş ölməyə başlayacaq və ondan əvvəl Günəş öz kütləsinin təxminən 0,1 faizini itirəcək. Bu bir qədər az görünsə də, bu göstərici Yerdən 318 dəfə ağır olan Yupiterin kütləsi ilə müqayisə oluna bilər”, – deyə DiCorcio qeyd edib.

Alimin sözlərinə görə, Günəş artıq öz kütləsini itirməyə başlayıb və Günəşin cazibə qüvvəsi zəifləyir ki, bu da Yerin ulduzumuzdan ildə təxminən 6 sm uzaqlaşması deməkdir.

“Lakin hələlik buna görə narahat olmağa dəyməz, bu hələ çox kiçik uzaqlaşmadır”, – deyə DiCorcio vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3762
avatar

Oxşar yazılar