Yeni “Galaxy S3”ün mənfi tərəfi açıqlandı
07 fevral 2023 19:45 (UTC +04:00)

Yeni “Galaxy S3”ün mənfi tərəfi açıqlandı

“Samsung Galaxy S23” smartfonlarının mənfi tərəfi açıqlanıb.

Lent.az xəbər verir ki, telefonun proqram təminatı təqribən 60 GB-a qədər yer tutur. Bu  kompüterə quraşdırılmış yeni “Windows 11”dən təxminən 2 dəfə çoxdur.

Əgər siz 128 GB fləş yaddaşa malik baza model smartfon alsanız, o zaman bu məbləğin yalnız yarısına çıxış əldə edəcəksiniz. Digər yarısını isə Android 13 əməliyyat sistemi, One UI 5.1 interfeysi və digər proqramlar tutacaq.

“Galaxy S23+” və “Galaxy S23 Ultra” modelləri, əsas “Samsung Galaxy S23”dən fərqli olaraq, minimum 256 GB yaddaşa malikdir. Amma buna baxmayaraq, proqram təminatının telefonun yaddaşının dörddə birini tutduğunu bilmək bir çox istifadəçini məyus edir.

Maraqlısı odur ki, bütün “Samsung Galaxy S23”lərdə bu problem yoxdur. Bu çatışmazlıq telefonun alındığı ölkədən asılı olaraq dəyişir. Avropa və ABŞ-da problem daha qabarıq şəkildə özünü göstərir.

# 3552
avatar

Sevinc Fərid

Oxşar yazılar