“WhatsApp”da yeni dələduzluq: “Azərbaycanda qurbanlar var” - FOTO
20 avqust 2022 17:50 (UTC +04:00)

“WhatsApp”da yeni dələduzluq: “Azərbaycanda qurbanlar var” - FOTO

"WhatsApp”da yeni növ dələduzluq metodu sürətlə yayılır”.

Lent.az xəbər verir ki, bunu texno-bloqqer Fərid Pərdəşünas deyib.

O qeyd edib ki, bu kiber dələduzluq növündə qurbanlara başqa nömrələrdən, lakin ən yaxın dostunun şəkli olan "WhatsApp” hesablarından yazılır:

"Dost çox professional şəkildə Azərbaycan dilində hal-əhval etdikdən sonra, anasının vəziyyətinin ağır olduğunu, təcili xəstəxanaya gətirdiklərini deyir. Evdən tələsik çıxan qəhrəman nağd pul götürməyi unudur və axşam qaytarmaq şərtilə borc pul istəyir. Bura qədər hər şey normaldır, kim buna aldanar deyirsiniz. Çünki profil şəklindəki dostunuz olsa da, nömrə başqadır. Lakin dələduz dostunuzun adından sizə elə dostunuzun adı yazılı olan kartının şəklini göndərəndə artıq sizdə 100%-lik inam yaranır və pulu verirsiniz”.

Ekspert bunun zəncirvari kiber dələduzluq olduğunu vurğulayıb:

"Dələduz ilk öncə sizin dostunuzun bank tətbiqini ələ keçirir. Eyni zamanda dostunuzu artıq aldadaraq ondan kart şəklini alır. Mobil bank tətbiqlərində olan nömrəyə köçürmə kimi imkanlardan hansı kontaktlara pul köçürdüyünüzü, kimlərə kontur vurduğunuzu öyrənərək, ən yaxın adamlarınıza yazaraq, onlardan borc pul alır. Artıq Azərbaycanda qurbanlar var.

Bu hallardan qorunmaq üçün mütləq şəkildə:

– qohum və dostunuzun fotosu olan lakin başqa nömrədən gələn mesajlara cavab verməyin.

– bank kartınızın fotolarını 3-cü şəxslərə göndərməyin.

– telefona gələn 3DS təsdiqləmə kodlarını heç kimə verməyin”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6156
avatar

Oxşar yazılar