Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp”a daha bir yenilik gəlir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, istifadəçilər tətbiqə əlavə olunacaq yeni funksiya vasitəsilə yemək sifariş edə biləcəklər.
Bu yenilik sayəsində “WhatsApp” istifadəçiləri üçün yaxınlıqdakı marketlər, restoranlar, hətta geyim mağazaları və digər müəssisələr əlçatan olacaq.
Android və İOS cihazlarına daxil olan xüsusiyyət hələlik test mərhələsindədir. Buna görə də, yeni funksiya istifadəçilərin ixtiyarına bir müddət sonra veriləcək.