“WhatsApp”da silinən mesajları  bərpa etmək mümkün olacaq?
03 iyun 2022 15:44 (UTC +04:00)

“WhatsApp”da silinən mesajları bərpa etmək mümkün olacaq?

“WhatsApp” mesajlaşma proqramı daha yeni bir funksiyasını təqdim etməyə hazırlaşır. 

Lent.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb. 

Bildirilir ki, messencer bu dəfə istifadəçilər üçün söhbətlərdə silinmiş mesajları bərpa etmək imkanı yaradacaq. 

Hər hansı bir mesajı silərkən ekranın aşağı hissəsində istifadəçilərin silinməni ləğv etməsi üçün sahə görünəcək. Beləliklə, yeni funksiya sayəsində səhvən silinən mesajları geri qaytara biləcəklər. Yeniliyin nə vaxt istifadəçilər üçün tam əlçatan olacağı isə açıqlanmır. 

Qeyd edək ki, yeni funksiya Android əməliyyat sistemli smartfonların 2.22.13.5 Beta versiyası üçün tətbiq ediləcək. 


 

# 3846
avatar

Sevinc Fərid

Oxşar yazılar