“Whatsapp”a xəbərdarlıq : FEVRALIN sonuna qədər...
29 yanvar 2022 19:54 (UTC +04:00)

“Whatsapp”a xəbərdarlıq: FEVRALIN sonuna qədər...

Avropa İttifaqı (Aİ) məşhur “WhatsApp” mesajlaşma proqramına xəbərdarlıq edib. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb tətbiqin 4 yanvar 2021-ci ildəki təqdim etdiyi "istifadəçi xidmət şərtləri və məxfilik siyasəti" müqaviləsidir. 

Belə ki, həmin tarixdən fevralın 8-ə qədər bu sazişi qəbul etməyən istifadəçilər tətbiqdən istifadə edə bilməyəcəkdilər. 

Çox ölkədə bu qərar və müqavilənin bir neçə maddələri reaksiyaya səbəb olmuşdu. 

İndi isə Avropa Komissiyası istifadəçilərin hüquqlarının müdafiəsi orqanları bununla bağlı “WhatsApp” rəhbərliyinə məktub göndərib. Məktubda rəhbərliyin dəyişikliklərə aydınlıq gətirməsi xahiş olunub. 

Komissiya “WhatsApp”a fevral ayına qədər vaxt verdiyini qeyd edib. 

Şirkət mövzu ilə bağlı hələlik heç bir açıqlama verməyib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9741
avatar

Sevinc Fərid

Oxşar yazılar