“WhatsApp” noyabrın 1-dən bu telefonlarda işləməyəcək
28 oktyabr 2021 11:48 (UTC +04:00)

“WhatsApp” noyabrın 1-dən bu telefonlarda işləməyəcək

Məşhur WhatsApp messenceri noyabrın 1-dən iOS və “Android”in köhnəlmiş versiyalarını dəstəkləməyi dayandıracaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, tətbiq mütləq dərhal dayandırılmayacaq.

Ola bilsin ki, proqram bəzi smartfonlarda işləməyə davam edəcək, lakin onu yeniləmək mümkün olmayacaq.

Söhbət Apple IPhone SE (2016), Apple 6S və Apple 6S Plus, Samsung Galaxy, Huawei, Sony və LG-nin bir sıra modelləri daxil olmaqla 43 model qadcetdən gedir.

Messencerin bütün funksiyaları ilə işləməyə davam etməsi üçün cihaz Android OS 4.1 versiyası və ya iOS 10, yaxud daha yenisi olan iPhone ilə işləməlidir.

Tərtibatçılar qeyd edirlər ki, əgər belə bir imkan olarsa, OS-in köhnə versiyaları yenilənə bilər, lakin messencerin bütün funksionallığı mövcud olmayacaq.

# 40038
avatar

Oxşar yazılar