“TikTok”dan istifadəçiləri sevindirəcək 3 yeni funksiya
10 oktyabr 2022 15:03 (UTC +04:00)

“TikTok”dan istifadəçiləri sevindirəcək 3 yeni funksiya

Məşhur video paylaşım platforması “TikTok” 3 yeni funksiyasını təqdim edib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tətbiq istifadəçilərinə foto redaktə, simvol limitinin artırılması və “TikTok Shop” kimi yeniliklər əlavə edib. 

Məlumata görə, istifadəçilər artıq 35 kadrdan ibarət foto qalereya yarada biləcək. Qalereyaya musiqi əlavə etmək də olacaq. Müdaxilə olmadan həmin musiqi ilə şəkillər sinxron dəyişəcək. Sonra sola sürüşdürməklə qalereyadakı şəkillərə baxa biləcəksiniz. 

Bundan əlavə, 300 simvol limiti olan “TikTok” yeniləmə ilə birlikdə artıq istifadəçilərə 2200 simvola qədər mətn əlavə etmək imkanı verəcək. Paylaşılan videolara əlavə oluna biləcək səs effektləri də artırılıb.

“TikTok” təkcə bu yeniliklərə deyil, həm də alış-veriş sektoruna da daxil olub. Tətbiq öz məhsullarını satmaq istəyən fenomenlərə və brendlərə “TikTok Shop” adlı xidmət təklif edir.

# 3588
avatar

Sevinc Fərid

Oxşar yazılar