Yaponiya alimləri kağız qatlama "origami" sənətindən ilhamlanaraq insan orqanizmində olan xəstəlikləri sağaldacaq robot hazırlayıblar.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, insan bədəninin içində hərəkət edərək işləyən robot istənilən vaxt şəklini dəyişə, dönə, dar bir məkanda hərəkət edə və istiqamətini dəyişir.
“Millibot” adı ilə tanınan və bədən mayelərindən güc alaraq fəaliyyət göstərən cihaz, müalicəni təmin edəcək dərmanı daşıya və problemli bölgədəki fəaliyyətlə bağlı məlumat əldə edə bilir.
Alimlər sözügedən robotun tibbdə inqilab edəcəyinə ümid edirlər.
Həkim Ruike Zhao bu amfibiya cihazının indiyə qədər inkişaf etdirdikləri ən güclü və funksional robot olduğunu bildirib.