Bir neçə gün əvvəl Günəşdə baş verən partlayışların Yer kürəsinə də təsir edəcəyi ehtimal olunur.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ABŞ-ın “National Oceanic and Atmospheric Administration” qurumu məlumat yayıb. Məlumatda qeyd olunur ki, partlayış nəticəsində Günəşdən gələn parçalar Yer kürəsində GPS sisteminə zərər vurcaq. Bu isə rabitə, elektrik, naviqasiya, radio, süni peyk və s. kimi radiasiyalı sistemlərin fəaliyyətini iflic edəcək.
Günəşdən gələn həmin geomaqnit fırtınalarının gücü G1-dən G5-dək səviyyədə ölçülür.